Millətlər Liqasında qrup lideri olan millimiz reytinqdə irəliləyib

Millətlər Liqasında qrup lideri olan millimiz reytinqdə irəliləyib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası FİFA reytinqində iki pillə irəliləyib.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı yığma hazırda 76-cı pillədə yer alıb (1305.48 xal).

Xatırladaq ki, Azərbaycan Millətlər Liqasında Farer adaları, Kipr və Monteneqro ilə eyni qrupda mübarizə aparıb və 5 qələbə, 1 heç-heçə ilə C Liqasına vəsiqə qazanıb.