"Qarabağ"ın gürcü qapıçısından AFFA-ya mesaj: "Gözünüz açın"
"Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili instaqram hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.
Mediasport.az xəbər verir ki, gürcü qolkiper Azərbaycanın U-21 millisinə dəvət almayan komanda yoldaşı Amin Ramazanova dəstək nümayiş etdirib.
Luka paylaşımında AFFA və milli komandaların rəsmi səhəfələrini işarələyərək "Gözünüzü açın" yazıb.
Qeyd edək ki, Ağdam təmsilçisindən U-21 millisinə çağırılan olmayıb.
20 yaşlı Amin Ramazanov bu mövsüm Premyer Liqada 2 oyun keçirib.