Daha bir boksçumuz dünya birinciliyində finala vəsiqə qazandı

Daha bir boksçumuz dünya birinciliyində finala vəsiqə qazandı

Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

Mediasport.az xəbər verir ki, Bilalhəbaşi Nəzərovun (48 kq) ardınca Əli Abdullayev (63,5 kq) də yarımfinal görüşündən qalib ayrılıb.

O, finala gedən yolda Camel Cemmalı (Fransa) 4:1 (27:30, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. Boksçu qızıl medal uğrunda görüşdə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.

Millinin digər üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Platon Kozlova (Rusiya), Zidan Hümbətov (51 kq) Castin Morenaya (Kolumbiya) məğlub olduqları üçün bürünc medala yiyələniblər.

Daha öncə Aynur Mikayılova (57 kq) dünya birinciliyini 3-cü yerdə başa vurub.