Xorvatiya millisini məğlub edən yığmamız Slovakiyaya qarşı

Xorvatiya millisini məğlub edən yığmamız Slovakiyaya qarşı

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.

Mediasport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Slovakiya seçməsi ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtilə saat 17:00-da başlanacaq.

Xatırladaq ki, voleybolçularımız dünən meydan sahibi Xorvatiyaya qalib gəliblər - 3:0.