Gəncə klubu Belarus millisinin eks məşqçisi ilə müqavilə bağlayıb
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu yeni məşqçi ilə anlaşıb.
Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi belaruslu mütəxəssis Vladimir Moysieviç ilə birillik müqavilə imzalayıb.
Vladimir Moysieviç baş məşqçi Sergey Çasnavitskinin köməkçilərindən biri olacaq.
Beynəlxalq məşqçilik sertifikatına sahib olan Vladimir Moysieviç gənclərdən ibarət Belarus millisinə rəhbərlik edib.
Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək komanda heyətini komplektləşdirmək istiqamətində də işləri davam etdirir.
Hazırlığa start verən gəncəlilər Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıblar.