Azərbaycan milli komandası EEVZA çempionatında yarışacaq
Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, noyabrın 20-23-də Polşada keçiriləcək çempionatda ev sahibləri ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva və Estoniya mübarizə aparacaq.
B qrupunda yer alan millimizin rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.
Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakter daşıyır.
Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.