Gənclər və idman naziri Fərid Qayıbov Tomas Ştəlini qəbul edib
Gənclər və idman naziri Fərid Qayıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Tomas Ştəlini qəbul edib.
Mediasport.az xəbər verir ki, nazir qonağa ölkəmizin gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Səfir səmimi qəbula görə təşəkkür edib.