“Tennis nə düşüncələrimdə, nə də gündəlik həyatımda yer alır”
İspaniyalı tennisçi Qarbine Murquruza gündəlik həyatı ilə bağlı maraqlı açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, sadəcə əylənmək üçün tennis oynadığını söyləyib:
“Düzü, yenidən tennisə qayıtmaqla bağlı niyyətim yoxdur. İndiki zaman üçün planım kifayət qədər yatmaq, dincəlmək, ailəmlə birlikdə olmaqdır. Günlük və həftəlik planlardan başqa uzunmüddətli plan cızmıram. Tennis gündəlik həyatımda nə qədər yer tutur? Demək olar ki, gündəlik həyatımda tennisə zaman ayırmıram.
Bəli, həmkarlarımı izləyirəm. Bəzən əylənmək üçün tennis oynayıram. Tennis nə düşüncələrimdə, nə də gündəlik həyatımda yer alır. Fasilə vermişəm. Əsas istəyim kortlardan uzaq durmaqdır”.
30 yaşlı tennisçi 2023-cü ilin yanvarında karyerasına fasilə verdiyini açıqlayıb. Qarbine WTA (“Women's Tennis Association” – Qadınların Tennis Assosiasiyası) reytinqində 461-ci yerdədir.
Murquruza iki “Böyük Dəbilqə” (“French Open 2016” və “Wimbledon 2017”), bir “WTA Finals” və 10 təkli WTA turnirinin qalibidir.