Almaniyada keçiriləcək beynəlxalq yarış üçün millinin heyəti açıqlandı

  Almaniyada keçiriləcək beynəlxalq yarış üçün millinin heyəti açıqlandı

25-27 oktyabrda Almaniyanın Kotbus şəhərində batut gimnastikası üzrə "GymCity Open" beynəlxalq yarışı keçiriləcək.

Mediasport.az xəbər verir ki, gimnastlarımız Vladimir Şulikin və Abdulla Qasımov rəhbərliyi altında çıxış edəcəklər.

"GymCity Open" beynəlxalq yarışında iştirak edəcək nümayəndə heyətimiz

Fərdi gimnastlar: Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşalıyev, Fərhad Mustafayev, Ömər Qasımlı.

Sinxron çıxışlar: Hüseyn Abbasov və Nicat Mirzəyev, Əli Niftəliyev və Ammar Baxşalıyev, Fərhad Mustafayev və Ömər Qasımlı.