Azərbaycan Tatarıstanda turnirində daha bir bürünc medal qazanıb

Azərbaycan Tatarıstanda turnirində daha bir bürünc medal qazanıb

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında Azərbaycan millisi daha bir bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, samboçu Rəsul Aydəmirovun ardından avarçəkənimiz Bəhmən Nəsiri də 3-cü yeri tutub.

Qeyd edək ki, iyunun 24-də bitəcək yarışda Azərbaycan 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo və karate üzrə ümumilikdə 97 idmançı ilə təmsil olunur.