9 yaşlı idmançımız Macarıstanda qızıl medal qazanıb

9 yaşlı idmançımız Macarıstanda qızıl medal qazanıb

Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə beynəlxalq “Mikulas kupa” beynəlxalq turniri keçirilib.

Mediasport.az xəbər verir ki, yarışda meydan sahiblərindən başqa, Almaniya, Çexiya, Rusiya, Ukrayna, Serbiya, Moldova, BƏƏ, Lüksemburq, Avstriya və digər ölkələrdən 400-ə yaxın idmançı iştirak edib.

Turnirdə Azərbaycan “Sports box” klubunun 6 gimnastı təmsil olunub. Onlar arasında 9 yaşlı gimnast Dəniz Abbasova öz qrupunun ən güclüsü olmaqla qızıl medal qazanıb.

İdmançımıza, həmçinin, yarışın xüsusi mükafatı təqdim edilib.