Bakıdakı Dünya Kubokunun biletləri 7 manatdan satılır
Azərbaycan Gimnastika Federasiyası (AGF) bu ilin fevralından yerli və beynəlxalq yarışlar mövsümünə start verir.
mediasport.az xəbər verir ki, fevralın 18-19-da Milli Gimnastika Arenasında Bakıda 6-cı dəfə batut gimnastikası üzrə Dünya Kuboku yarışı keçiriləcək.
Böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.
Tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.