Günay qələbə ilə başladı

Günay qələbə ilə başladı

Kiprin Nikosiya şəhərində qadın şahmatçılar arasında FİDE Qran-Prisinin dördüncü mərhələsi start götürüb.

mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının lideri Günay Məmmədzadə ilk turda qara fiqurlarla polşalı Oliviya Kiolbasa ilə qarşılaşıb və rəqibinə qalib gəlib.

Qran-Prinin dörd mərhələsi ərzində iştirakçılar reytinq xalları qazanır və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq. Məmmədzadə üçün bu, cari ildə ilk Qran-Pri turniridir.

4 mərhələdən ibarət olacaq Qran-pri iştirakçılara reytinq xalları qazandıracaq və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq.


1-ci tur

Oliviya Kiolbasa (Polşa) - Günay Məmmədzadə 0:1

Harika Dronovali (Hindistan) - Bibisara Assaubayeva (Qazaxıstan) 1:0

Dinara Vaqner (Almaniya) - Aleksandra Qoryaçkina (FIDE) 1:0

Nana Dzaqnidze (Gürcüstan) - Bella Xotenaşvili (Gürcüstan) 1:0

Aleksandra Kostenyuk (İsveçrə) – Tan Çonqyi (Çin) 0:1

Katerina Laqno (FIDE) – Polina Şuvalova (FIDE) 1:0


II tur

Günay Məmmədzadə - Katerina Laqno (FIDE)

Bibisara Assaubayeva (Qazaxıstan) - Polina Şuvalova (FIDE)

Tan Jongyi (Çin) - Oliviya Kiolbasa (Polşa)

Bela Xotenaşvili (Gürcüstan) - Aleksandra Kostenyuk (İsveçrə)

Aleksandra Qoryaçkina (FIDE) - Nana Dzaqnidze (Gürcüstan)

Harika Dronavali (Hindistan) – Diana Vaqner (Almaniya)


Turnir cədvəli: Məmmədzadə, Laqno, Çonqyi, Dronavali, Dzaqnidze, Vaqner - hərəyə 1 xal, Qoryaçkina, Kostenyuk, Şuvalova, Assaubayeva, Kiolbas, Xotenaşvili - 0.