“Vüqar Həşimov Memorialı-2022”nin iştirakçıları II Fəxri xiyabanda

“Vüqar Həşimov Memorialı-2022”nin iştirakçıları II Fəxri xiyabanda

“Vüqar Həşimov Memorialı-2022”nin iştirakçıları II Fəxri xiyabanda Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

mediasport.az xəbər verir ki, ziyarətdə yarış iştirakçıları, Təşkilat Komitəsinin üzvü - Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və media nümayəndələri iştirak ediblər.

İştirakçılar şahmatçının məzarı önünə gül dəstələri qoyublar.

Turnirin direktoru Anar Allahverdiyev Vüqar Həşimovun dünya şahmatında qazandığı nailiyyətlərdən və idmanın bu növünün ölkəmizdə inkişafına verdiyi töhfələrdən söz açıb.

Dekabrın 24-dək davam edəcək yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.