Günay bu dəfə məğlub oldu

Günay bu dəfə məğlub oldu

Kiprin Nikosiya şəhərində qadın şahmatçılar arasında FİDE Qran-prisinin dördüncü mərhələsi davam edir.

mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının lideri Günay Məmmədzadə növbəti görüşünü keçirib.

Təmsilçimiz ikinci turda FİDE-ni təmsil edən Katerina Laqnoya uduzub. Məmmədzadə üçüncü turda qara fiqurlarla Şuvalova ilə üz-üzə gələcək. O, ilk turda qara fiqurlarla polşalı Oliviya Kiolbasaya qalib gəlib.

4 mərhələdən ibarət olacaq Qran-pri iştirakçılara reytinq xalları qazandıracaq və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq.


Qran-pri. III tur

Polina Şuvalova (FİDE) - Günay Məmmədzadə

Katerina Laqno (FİDE) - Tanq Jongyi (Çin)

Oliviya Kiolbasa (Polşa) – Bella Xotenaşvili (Gürcüstan)

Aleksandra Kostenyuk (İsveçrə) – Aleksandra Qoryaçkina (FİDE)

Nana Dzaqnidze (Gürcüstan) – Harika Dronovali (Hindistan)

Dinara Vanger (Almaniya) - Bibisara Assaubayeva (Qazaxıstan)