Azərbaycanı dünya çempionatında 3 qız şahmatçı təmsil edəcək

Azərbaycanı dünya çempionatında 3 qız şahmatçı təmsil edəcək

Sabah şahmat üzrə gəncər arasında dünya çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, Hindistanın Qandinaqar şəhərində keçiriləcək mundialda Azərbaycan yalnız qızların yarışında təmsil olunacaq.

Millimizin heyətində Ayan Allahverdiyeva, Nərmin Abbasova və Səbinə Rzalı çıxış edəcək.

İsveçrə sistemi ilə keçiriləcək turnir 11 turdan ibarət olacaq.

Qızların yarışında ümumilikdə 102 şahmatçı mübarizə aparacaq.