"Hekken" - "Qarabağ" görüşünü idarə edəcək hakimlər açıqlanıb
Oktyabrın 5-də Göteborqun "Ullevi" stadionunda baş tutacaq UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun "Hekken" (İsveç) - "Qarabağ" qarşılaşmasını idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, matçı Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsmanlar qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.
VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca iş başında olacaq.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.