AFFA futbolçuların maaş və mükafatlarını aylardı ödəmir

AFFA futbolçuların maaş və mükafatlarını aylardı ödəmir

AFFA milli komandalara vəd etdiyi mükafat və ezamiyyət pullarını ödəmir.

mediasport.az idmanxeber.az saytına istinadən xəbər verir ki, gələn il Polşada keçiriləcək Avropa oyunlarına vəsiqə qazanan çimərlik üzrə Azərbaycan milli komandası artıq üç aydır AFFA tərəfindən vəd olunan mükafatı ala bilmir.

Federasiya rəhbərliyi əvvəlcə komandaya adambaşı 10 min manat "premya" veriləcəyini bildirsə də, büdcədə durumun yaxşı olmadığını əsas gətirərək rəqəmi yarıya endirib. Daha sonra isə, ümumiyyətlə, heç bir məbləğ ödənilməyib.

Oyunçuların "premya"larını ala bilməməsi bir yana, neçə aydır maaşları verilmir. Baş katibi Sərxan Hacıyev vəziyyətdən birbaşa məlumatlı olsa da, hər dəfə müxtəlif bəhanələrlə problemin həlli yubadılır.

Maliyyə problemi aşağı yaş qrupları üzrə milli komandalarda da var. Burada da yığmalara vəd olunan ezamiyyət pulları ödənilmir. Bir neçə aydır ki, oyunçulara söz verilən məbləğ hələ də hesablarına köçürülməyib.