"Heydər Əliyev-100" turnirinin qalibi Rusiya basketbolçuları oldular

"Heydər Əliyev-100" turnirinin qalibi Rusiya basketbolçuları oldular

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turniri yekunlaşıb.

mediasport.az xəbər verir ki, yarışın finalı mayın 15-də "Sərhədçi" İdman Mərkəzində baş tutub.

LDU (Rusiya) və "AzTU" (Azərbaycan) komandalarının üz-üzə gəldiyi həlledici qarşılaşma rusiyalıların qələbəsilə yekunlaşıb - 82:58.

Turnirin bürünc medallarını isə "ADBTİA" (Azərbaycan) tələbələrinə 83:64 hesabı ilə qalib gəlmiş TTK (Türkmənistan) basketbolçuları qazanıblar.