"Sabah"ın baş məşqçisi göndərildi - Klubu sabiq "Monako"lu çalışdıracaq
Basketbol üzrə Azərbaycan liqasının qalibi “Sabah”da baş məşqçi dəyişikliyi reallaşıb.
MediaSport.az xəbər verir ki, Masazır təmsilçisini makedoniyalı Boban Mitev çalışdıracaq.
50 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Elşən Yusubovu əvəzləyib.
Qeyd edək ki, “Monako” (Fransa), “Partizan” (Serbiya), “Alba Berlin” (Almaniya) klublarında köməkçi məşqçi kimi çalışmış 50 yaşlı Boban Mitev 2011-2013-cü illərdə İran millisinə rəhbərlik edib. O, son olaraq Şimali Makedoniyanın “Angeli” komandasının baş məşqçisi olub.
Elşən Yusubov bundan sonra klubun idman direktoru vəzifəsini yerinə yetirəcək. Onunla 1 illik müqavilə imzalanıb.