ABL - Final seriyasında bu dəfə "Gəncə" "Sabah"dan üstün oldu
Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib.
mediasport.az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.
Bu dəfə sevinən tərəf bölgə təmsilçisi olub - 78:74. Beləliklə, final seriyasında hesab bərabərləşib - 1:1.
Növbəti görüş mayın 24-də baş tutacaq. Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Üç oyundan sonra qalib bilinməsə, mayın 27-də dördüncü və mayın 30-da beşinci duel olacaq.
NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medalları qazanıb.