"Neftçi" yenə uduzdu
Azərbaycan Basketbol Liqasında (ABL) 7-ci turun daha iki oyunu keçirilib.
mediasport.az xəbər verir ki, günün ilk görüşündə çempionluğa iddialılardan "Gəncə" ilə "Sərhədçi" qarşılaşıb.
Gərgin keçən görüşdə qonaqlar - Gəncə basketbolçuları böyük fərqlə qələbə qazanıblar - 90:76.
"Neftçi" İK isə ardıcıl ikinci məğlubiyyətini yaşayıb. Ötən tur Astara "Zirvə"sinə uduzan komanda bu dəfə NTD-dən zəif olub - 88:75.
Tur bu gün Şəkidə yekun vurulacaq. Bölgə təmsilçisi "Olimpik" çempionluğa iddialı digər kollektiv "Sabah"ı qəbul edəcək.
Gəncə BK
|
7 | 6 | 1 | 574-538 (+36) | 13 |
NTD BK
|
7 | 5 | 2 | 602-554 (+48) | 12 |
AAAF Xırdalan BK
|
7 | 4 | 3 | 611-593 (+18) | 11 |
Sabah BK
|
6 | 4 | 2 | 454-436 (+18) | 10 |
Sərhədçi PİK
|
7 | 3 | 4 | 596-570 (+26) | 10 |
Neftçi İK
|
7 | 2 | 5 | 521-544 (-23) | 9 |
Olimpik Şəki BK
|
6 | 2 | 4 | 457-543 (-86) | 8 |
Zirve Astara BK
|
7 | 1 | 6 | 559-596 (-37) | 8 |