Azərbaycan milli komandasının 2 güləşçisi Avropa çempionu olub
Azərbaycanın 2 yunan-Roma güləşçisi Avropa çempionu olub.
Mediasport.az xəbər verir ki, Bakıda keçirilən U-23 Avropa çempionatında finala çıxmış Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) final görüşlərini uğurla keçirərək qızıl medal qazanıb.
Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.