Dünya Güləş Birliyi Rusiya və Belarus güləşçilərinin iştirakına icazə verdi
Dünya Güləş Birliyi (UWW) Rusiya və Belarus güləşçilərinin beynəlxalq yarışlarda iştirakına icazə verib.
mediasport.az xəbər verir ki, qərar İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Amma rusiyalı idmançılar turnirlərdə yalnız neytral statusda çıxış edə bilərlər.
Bu iki ölkə təmsilçiləri Rusiyanın Ukraynaya hərbi hücumu, Belarusun isə işğalçılığı dəstəkləməsi səbəbindən beynəlxalq yarışlardan kənarlaşdırılmışdılar.