Sərbəst güləşçilərimiz dünya çempionatında medalsız qaldılar

Sərbəst güləşçilərimiz dünya çempionatında medalsız qaldılar

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında medal qazana bilməyiblər.

Mediasport.az xəbər verir ki, son yarış günündə Nürəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə məğlub olub.

Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) isə təsəlliverici duellərdə uduzub.

Beləliklə, Azərbaycan komandası mundialı 3 medalla başa vurub.

Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar.