“İdman psixologiyası" mövzusunda seminar təşkil olunub
Martın 6-dan 8-dək Bakıda məşqçilər üçün “İdman psixologiyası" mövzusunda seminar təşkil olunub.
Mediasport.az xəbər verir ki, dünyaca məşhur idman psixoloqu, professor Matey Tuşakın iştirakı ilə keçirilən seminara 70-dən çox məşqçi cəlb olunub.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan təlim məşqçilərin bilik və bacarıqlarının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və digər mövzuları əhatə edib.
Sonda təlim proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.