“Gənc Fest”in açılışı olub
Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənc Fest” festivalının açılış mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.
Ardınca ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov çıxış edərək festival iştirakçılarını salamlayıb və uğurlar arzulayıblar.
Festival Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək. İştirakçılar ətraf mühitin mühafizəsi ilə bağlı debatlarda iştirak ediblər. Həmçinin iştirakçılar üçün effektiv komanda işi, yanğın təhlükəsizliyi, ilkin tibbi yardım, ilkin hərbi hazırlıq, teatr sənəti, polimer gil və müasir incəsənət haqqında master-klaslar təşkil olunub.