Cəzaçəkmə müəssisəsində qadınlar arasında turnir keçirilib
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadınlar arasında həvəskar badminton turniri keçirilib.
Mediasport.az xəbər verir ki, ardıcıl olaraq üçüncü ildir keçirilən və silsilə xarakter daşıyan yarış Azərbaycan Badminton Federasiyası, Ədliyyə Nazirliyi Penitensiar Xidmət, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Qadın həmrəyliyi ruhunda keçirilən yarışın iştirakçıları təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunublar.