İdmançımız Türkiyədə beynəlxalq turnirdə birinci yeri tutub

İdmançımız Türkiyədə beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycanın fiqurlu konkisürmə üzrə idmançısı Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Istanbul Cup 2023“ beynəlxalq yarışında uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz 221.10 xalla bütün rəqiblərini geridə qoyaraq 1-ci yeri tutub.

Yarışda 9 ölkədən 11 idmançı imübarizə aparıb.