Paris-2024-ə hazırlıq məqsədilə təlim-məşq toplanışı baş tutub

  Paris-2024-ə hazırlıq məqsədilə təlim-məşq toplanışı baş tutub

Cüdo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Macarıstanda keçirilən Olimpiya təlim-məşq toplanışında iştirak ediblər.

Mediasport.az xəbər verir ki, hazırlıq Tata şəhərində gerçəkləşib.

Toplanış Paris-2024 Yay Olimpiya Oyunlarına və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.