Sərbəst güləşçilərimiz II MDB Oyunlarını 6 medalla başa vurdular
Belarusda keçirilən ll MDB Oyunlarında sərbəst güləş üzrə yarış başa çatıb.
mediasport.az xəbər verir ki, məşqçilər Nazim Əlicanov, Əşrəf Əliyev və Xəqan Süleymanovun rəhbərliyi altında yarışda iştirak edən 9 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb.
Cəbrayıl Qadjiyev (74 kq) ilə Arseniy Djioyev (86 kq) qızıl, Ayxan Abdullazadə (61 kq), Murad Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Rəşid Babazadə (65 kq) isə bürünc medal qazanıb.