Ukraynanı təmsil edən ağstafalı Zaqrebdə qızıl medal qazanıb

Ukraynanı təmsil edən ağstafalı Zaqrebdə qızıl medal qazanıb

Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində Ukraynanı təmsil edən azərbaycanlı idmançı yunan-Roma güləşi üzrə çempion olub.

Mediasport.az xəbər verir ki, 67 kq çəkidə yarışan Nəsibov Pərviz Paşa oğlu bütün rəqiublərini məğlub edib.

Həmyerlimiz həlledici dueldə fransalı güləşiyə qalib gəlib.

Məlumat üçün deyək ki, bu çəkidə Azərbaycan millisinin heyətində yer alan Həsrət Cəfərov Zaqreb turnirini 3-cü pillədə başa vurub.

Qeyd edək ki, əslən Ağstafa rayonundan olan Pərviz Nəsibov Ukrayna yığmasının heyətində Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.