İngiltərə - Azərbaycan matçının keçiriləcəyi stadion dəqiqləşdi

İngiltərə - Azərbaycan matçının keçiriləcəyi stadion dəqiqləşdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsində İngiltərə yığması ilə keçirəcəyi səfər oyununun məkanı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, F qrupunun görüşü Bristol şəhərində yerləşən “Eşton Geyt” stadionunda baş tutacaq.

Matç oktyabrın 15-də təşkil olunacaq. Qarşılaşmanın start saatı açıqlanmayıb.

Xatırladaq ki, Samir Əliyevin rəhbərlik etdiyi yığmamız 6 komandalı qrupda 6 görüşdən sonra 5 məğlubiyyət, 1 qələbə ilə sonuncu pillədə qərarlaşıb.

Aktivində 18 xalı olan lider Ukrayna və İngiltərədən başqa, qrupda Serbiya, Lüksemburq və Şimali İrlandiya kolllektivləri də mübarizə aparırlar.