Estoniya - Azərbaycan oyununu almaniyalı hakimlər idarə edəcəklər
Oktyabrın 13-də Tallinndə AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Estoniya - Azərbaycan oyununun hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, görüş almaniyalı referilərə həvalə olunub.
Baş hakim Robert Şröderə yan xətt hakimləri qismində Kristian Gittelmann və Robert Vessel köməklik göstərəcəklər. Dördüncü hakim Florian Badştübner olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.