Milli komandamızın futbolçusu səfər qələbəsinə sevindi

Milli komandamızın futbolçusu səfər qələbəsinə sevindi

Niderland birinci divizionunda 14-cü turun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “Utrext”in ikinci komandası ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Ozan oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 26 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.