Renat Dadaşov Superliqada "qol orucu"nu nə vaxt pozacaq?
Bu gün futbol üzrə Türkiyə Superliqasında 24-cü tura start veriləcək.
Mediasport.az xəbər verir ki, birinci oyun günündə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" evdə "Fatih Karagümrük"ü qəbul edəcək.
Hatay təmsilçisi hazırda ölkə çempionatının turnir cədvəlində 25 xalla 15-ci pillədə qərarlaşıb.
Dadaşov cari mövsüm Superliqa klubunun heyətində bütün turnirlər daxil 24 oyuna çıxıb və 5 qol vurub.
10 oyundan çoxdur adını tabloya yazdıra bilməyən yığmamızın forvardı sonuncu dəfə 13-cü turun "İstanbulspor"la qarşılaşmasında (1:2) fərqlənib.
Turun digər oyunları 3 və 4 fevralda keçiriləcək.
Türkiyə Superliqası. 24-cü tur
18:00 "Ankaragücü" - "Sivasspor"
18:00 "Hatayspor" - "Fatih Karagümrük"
21:00 "Samsunspor" - "Qalatasaray"