"Real"ın keçmiş futbolçusu Eddi İsrafilovun komanda yoldaşı oldu

"Real"ın keçmiş futbolçusu Eddi İsrafilovun komanda yoldaşı oldu

Madrid "Real"ının və PSJ-nin sabiq futbolçusu Xese Rodriqes Azərbaycan millisinin üzvü Eddi İsrafilovun komanda yoldaşı olub.

Mediasport.az xəbər verir ki, Malayziya klubu 31 yaşlı vingeri heyətinə qatıb.

Superliqa təmsilçisi ispaniyalı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

Rodriqes karyerası ərzində ölkəsinin "Las Palmas", "Betis", İngiltərənin "Stok Siti", İtaliyanın "Sampdoriya", Portuqaliyanın "Sportinq", Türkiyənin "Ankaragücü" klublarında da forma geyinib.