Musa Qurbanlı milliyə çağırılıb

 Musa Qurbanlı milliyə çağırılıb

Karyerasını İsveçin "Yurqorden" klubunda davam etdirən Musa Qurbanlı növbəti dəfə Azərbaycan millisinə çağırılıb.

Mediasport.az xəbər verir ki, bu barədə Stokholm təmsilçisinin saytı məlumat yayıb.

Qeyd edilib ki, 22 yaşlı forvard “FİFA series - Edition 2024” layihəsi çərçivəsində martın 22-də Bakıda Monqolustan, martın 25-də Bolqarıstana qarşı matçlarda forma geyinə bilər.

Skandinaviyada ötən ilin yayından çıxış edən Musa əsas heyətə düşməkdə çətinlik çəkir.

Gənc futbolçu son vaxtlar şans aldığı görüşlərdə qol vurmaq problemi yaşayır.