"Adidas" bu yay keçiriləcək Dünya çempionatının topunu təqdim etdi
“Adidas” şirkəti qadın futbolçular arasında keçiriləcək Dünya çempionatının rəsmi topunu təqdim edib.
mediasport.az xəbər verir ki, bu il iyulun 20-dən avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçiriləcək mundialın rəsmi topunun adı “Oceanuz”dur.
Mənası məhz Okeaniya zonasında yerləşən iki ev sahibi ölkəni - Avstraliya və Yeni Zelandiyanı ifadə edir. Göy və yaşıl rənglərdən ibarət topun üzərindəki çalarlar Avstraliya landşaftı, Yeni Zelandiyanın geniş dağ silsilələri və Avstraliyanın Hind Okeanı ilə əlaqəsini təcəssüm etdirir.