"Qarabağ" Azərbaycan Premyer Liqasına qələbə ilə başladı

"Qarabağ" Azərbaycan Premyer Liqasına qələbə ilə başladı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünə start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Son çempion "Qarabağ" Mərdəkanda "Araz-Naxçıvan"ın qonağı olub və 3 xalı 4 qolla qazanıb.

Turun digər matçları 3-4 avqustda baş tutacaq.


Azərbaycan Premyer Liqası. 1-ci tur


"Araz-Naxçıvan” – “Qarabağ” 1:4

Qollar: Nunu Rodriges, 87 - Redon Cica, 6, Riçard Almeyda, 9, Hamidu Keyta, 47, Abbas Hüseynov, 88.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov