Karateçimiz Antalyada Premyer Liqanı bürünc medalla başa vurub

Karateçimiz Antalyada Premyer Liqanı bürünc medalla başa vurub

Azərbaycan karateçisi Turqut Həsənov Türkiyənin Antalya şəhərində keçirilən Premyer Liqa yarışında bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, 84 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü bu uğuru kumite proqramında əldə edib.

Ölkəmiz yarışda 8 idmançı ilə təmsil olunub.

Komandamız turnirə məşqçilər Şahin Xudaverdiyev və Şahin Atamovun rəhbərliyi ilə yollanıblar.