Milli komandamızın lideri Yaponiyadan da medalla qayıdır
Qadınlardan ibarət karate üzrə Azərbaycan yığmasının lideri İrina Zaretska (68 kq) Yaponiyanın Fukuoka şəhərində keçirilən Premyer Liqa turnirinin üçüncü mərhələsində bürünc medal qazanıb.
mediasport.az xəbər verir ki, olimpiya mükafatçısı və ikiqat dünya çempionumuz üçüncü yer uğrunda döyüşdə Qazaxıstan təmsilçisi Venera Jaxyibayevadan üstün olub.
Zaretska bu il Misirin paytaxtı Qahirədə təşkil olunmuş Premyer Liqada "bürünc", Mərakeşin paytaxtı Rabatdakı analoji yarışda qızıl medal qazanıb. O, 2023-cü ildə Qvadlaxarada keçirilmiş Avropa çempionatında ikinci yeri tutub.