Məmmədov Avropa çempionu oldu

Məmmədov Avropa çempionu oldu

Azərbaycan karateçisi Ülvi Məmmədov Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən 13-cü Avropa çempionatının qalibi olub.

mediasport.az xəbər verir ki, komandamızın kapitanı, ikinci dan qara kəmər sahibi, Dünya çempionu Ülvi Məmmədov keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

+84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ü.Məmmədov finala gedən yolda Rumıniya, Gürcüstan və Çex təmsilçisini üstələyib, finalda yerli idmançını məğlub edib.