"Fikrimcə, nəticələrim çox yaxşıdır"
"III Avropa Oyunlarında mübarizəmə çox yaxşı başlamışam"
MediaSport.az xəbər verir ki, bu sözləri Polşada keçirilən III Avropa Oyunlarında yarımfinala çıxan karate yığmamızın lideri İrina Zaretska deyib.
Dünya və Avropa çempionumuz qızıl medal qazanmaq arzusunda olduğunu bildirib: “Belə də davam etmək istəyirəm. Fikrimcə, nəticələrim çox yaxşıdır. İndi isə əsas məqsədim finalda da rəqiblərimi məğlub edərək qələbə qazanmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm”.