Ölkə çempionatı yekunlaşıb

Ölkə çempionatı yekunlaşıb

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda keçirilən karate üzrə Azərbaycan çempionatına yekun vurulub.

Mediasport.az xəbər verir ki, 600-ə yaxın idmançının qatıldığı ölkə birinciliyinə paytaxtla yanaşı, bölgələrdən ümumilikdə 50-yə yaxın komanda qatılıb.

Son yarış günü yeniyetmə, gənc və böyüklərin gərgin mübarizəsi ilə yadda qalıb.

Turnirin qalib mükafatçıları diplom və medallarla təltif ediliblər. Mükafatları idmançılara AKF-in vitse-prezidenti Rəhman Hətəmov və federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar milli komandanın heyətində hazırlıqlara cəlb olunacaqlar.