Ölkə çempionatı: 16-cı turun açılış matçında qalib müəyyənləşməyib

  Ölkə çempionatı: 16-cı turun açılış matçında qalib müəyyənləşməyib

Həndbol üzrə 30-cu Azərbaycan çempionatında kişilərin mübarizəsində 16-cı tura start verilib.

Mediasport.az xəbər verir ki, turun açılış matçı olan "Qarabağ" - "Bakı" dueli heç-heçə ilə bitib - 36:36.

Paytaxt təmsilçisi turnir cədvəlində 20 xalla üçüncü, "Qarabağ" 16 xalla dördüncüdür.