Daha bir idmançımız Macarıstanda dünya çempionu adını qazanıb

Daha bir idmançımız Macarıstanda dünya çempionu adını qazanıb

Azərbaycanın parakarateçisi Emiliya Mitlinova Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, idmançımız finalda Çexiya təmsilçisi Veroniki Kamenskini məğlub edib.

Qeyd edək ki, daha əvvəl karateçimiz İrina Zaretska (68 kq) dünya çempionu olub.