Qılıncoynadanlarımız Tunis "Qran-pri"sində uğursuz çıxış ediblər
Qılıncoynatmanın sablya növü üzrə milli komandamız Tunisdə keçirilən "Qran-pri" turnirində çıxışını başa vurub.
Mediasport.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta qadın sablyaçıların şəxsi yarışında ilk görüşündə İtaliya təmsilçisi Manuela Spicanı (15:8) məğlub etsə də, ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə macar Luka Şuça 14:15 hesabı ilə uduzub.
Təsnifat mərhələsini uğurla adlayaraq ən güclü 64-lüyə yüksələn Səbinə Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə İtaliya qılıncoynadanı Rossella Qreqorioya 15:14 hesabı ilə qalib gəlib, lakin növbəti dueldə əsas mərhələdə milli komandamızın digər üzvü Palina Kaspiaroviçi mübarizədən kənarlaşdıran fransalı Sara Noça məəğlub olub - 11:15.
Sevil Bünyatova, Zərifə Hüseynova və Valeriya Bolşakova isə mübarizəni təsnifat mərhələsində dayandırıb.