"Murov" Çağırış Kubokunun 1/16 finalında: rəqib avstriyalılar olacaq

"Murov" Çağırış Kubokunun 1/16 finalında: rəqib avstriyalılar olacaq

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda 1/16 final mərhələsinə yüksəlib.

mediasport.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 finalın cavab oyununda Xorvatiyanın "Kitro Varazdin" kollektivinə bu dəfə də şans verməyib.

İlk görüşdə 3:0 hesabı ilə qələbə qazanan voleybolçularımız cavab matçında da analoji uğurla adlarını 1/16 finala yazdırıblar. Bu mərhələdə komandamız Avstriyanın "UVC Qrats" klubu ilə qarşılaşacaq.