Azərbaycanın yığma komandaları Şahin Çatmaya həvalə edildi
Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandaları türkiyəli mütəxəssis Şahin Çatmaya həvalə olunub.
mediasport.az xəbər verir ki, bir neçə gündür ölkəmizdə olan və bölgələri gəzən mütəxəssis infrsatrukturla tanış olduqdan sonra Azərbaycanda işləməyə razılıq verib.
Türkiyənin aşağı yaş qrupları üzrə qızlardan ibarət yığma komandalarında koordinator vəzifəsində çalışmış Çatmanın sabah mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, ötən ay böyüklərdən ibarət qadın yığmamıza da türkiyəli Ataman Güneyligil baş məşqçi təyin olunub.